19 
Okt
2021
20:11
302
13
1124
Virtual karabakh

Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərarası komissiyasının növbəti iclası keçirilib - VİDEO

19 Okt, 2021
20:11
1124

Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərarası komissiyasının növbəti iclası keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərarası komissiyasının növbəti iclası keçirilib.

Ölkəmizi tədbirdə Milli Məclisin xarici siyasət komitəsinin sədri Səməd Seyidov təmsil edib.

Komissiyanın sayca altıncı toplantısında regional və qlobal gündəmə aid məsələlər müzakirə edilib.

TBMM xarici siyasər komitəsi rəhbəri Akif Çağatay Kılıc Türkiyənin bölgədə əməkdaşlığın inkişaf etdirilməsi üçün çalışacağını bildirib. O, bu məqsədlə Azərbaycan və Gürcüstanla yeni layihələrə imza atılacağını bəyan edib.

Səməd Seyidov isə erməni işğalından azad edilmiş Azərbaycan torpaqlarının bərpası üçün Türkiyə və Gürcüstan, eləcə də ölkəmizin haqq işinə dəstək olan digər dövlətlərlə birlikdə çalışmağa davam ediləcəyini qeyd edib.

Gürcüstanlı nümayəndə heyətinin başçısı Nikolos Şamxaradze də iclasda səsləndirilən fikirlərlə razı olduğunu dilə gətirib.

Qeyd edək ki, komissiyanın növbəti toplantısı 2022-ci ilin yazında Bakıda təşkil ediləcək.

Mənbə: “Haber Global”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri