19 
Okt
2021
20:26
120
95
1459
Virtual karabakh

Nazir müavini: “Azərbaycan xarici investorların azad edilmiş ərazilərə cəlbində maraqlıdır”

19 Okt, 2021
20:26
1459

Nazir müavini: “Azərbaycan xarici investorların azad edilmiş ərazilərə cəlbində maraqlıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim üçün ən vacib məsələlərdən biri işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarının, o cümlədən iqtisadiyyatın bərpası və bu ərazilərin ölkənin iqtisadi həyatına inteqrasiyasıdır. Bu isə Azərbaycanın inkişafına əlavə töhfə verəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı konsepsiyası hazırda işlənib-hazırlanıb: “Ərazilərin bərpasında dövlət və özəl tərəfdaşlığı imkanlarından geniş istifadə planlaşdırılır. Konsepsiya eyni zamanda xarici investorlar üçün, xüsusi təşviq proqramlarının həyata keçirilməsini və ərazilərin inkişafı üçün şirkətlərin cəlbini nəzərdə tutur. Azərbaycan xarici investorları cəlb etməklə azad edilmiş ərazilərin bərpası və inkişafı layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri