20 
Okt
2021
16:23
920
23
9448
Virtual karabakh

İran öz nəqliyyat şirkətlərinə Ermənistan vasitəsilə Qarabağa getməyi qadağan etdi - FOTO/VİDEO

20 Okt, 2021
16:23
9448

İran öz nəqliyyat şirkətlərinə Ermənistan vasitəsilə Qarabağa getməyi qadağan etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Avtomobil Nəqliyyatı Təşkilatının Beynəlxalq Daşımalar və Tranzit İdarəsinin baş direktoru Məhəmməd Cavad Hidayəti ölkəsinin Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinad edərək beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub yazıb.

Qeyd olunub ki, qurum rəsmi sərhədləri xaricində Azərbaycan Respublikası ərazisinə hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir.

Bu barədə “Caliber” “Telegram” kanalı İranın “Mehr” agentliyinin müxbirinə istinadən xəbər verir.

Bu məktubda nəqliyyat idarəsi həmçinin göstərir ki, Qarabağa, xüsusən də Azərbaycanın Laçın rayonuna Ermənistan vasitəsi ilə giriş qadağan olunub.

Bundan əlavə, nəqliyyat şirkətlərinə Qarabağdakı separatçı rejimlə hər hansı bir ticarət müqaviləsinin imzalanması və bu regiona göndəriş sənədlərinin verilməsi də qadağan edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri