22 
Okt
2021
17:08
548
18
3300
Virtual karabakh

Türkiyəli hərbçilərin Qarabağda minatəmizləmə görüntüləri - VİDEO

22 Okt, 2021
17:08
3300

Türkiyəli hərbçilərin Qarabağda minatəmizləmə görüntüləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Mina Axtarış və Təmizləmə Qrupları Azərbaycan Ordusuna dəstək məqsədi ilə ermənilərin basdırdıqları minaların axtarışındadır.

Bu barədə “TRT Haber”in Qarabağdan hazırladığı süjetdə qeyd edilir.

Türkiyəli hərbçilər Azərbaycanın azad etdiyi torpaqlara sakinlərin daha tez və daha təhlükəsiz qayıtması üçün böyük səylə çalışırlar.

Komandalarda 130-dan çox işçi çalışır. Onlar bir tərəfdən minaları təmizləyir, digər tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə təlim keçirlər.

Əsgərlərin fəaliyyətini xüsusi təlim keçmiş itlər müşayiət edir.

Qarabağ missiyası üçün bölgədə olan türkiyəli hərbçilər Ağdam və Cəbrayıl bölgələrində vəzifələrini davam etdirirlər.

Həmin süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri