26 
Okt
2021
13:24
219
9
1728
Virtual karabakh

Stanislav Tkaçenko: “Nəqliyyat dəhlizlərinin açılması qaçılmazdır” - MÜSAHİBƏ

26 Okt, 2021
13:24
1728

Stanislav Tkaçenko: “Nəqliyyat dəhlizlərinin açılması qaçılmazdır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrəvan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdə maraqlıdır.

Bunu Rusiyalı politoloq, “Valday” klubunun mütəxəssisi, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko Oxu.Az-a verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan daxildən parçalanmış ölkə olaraq qalır.

“Nikol Paşinyan seçkilərdə öz səlahiyyətlərini təsdiqləsə də, ölkə daxilində daxili və xarici siyasətdən narazı olan opponentləri var. Eyni zamanda, mənə elə gəlir ki, Ermənistanın baş naziri ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdə maraqlıdır”, - deyə o, bildirib.

Müsahibin fikrincə, regionda nəqliyyat dəhlizlərinin açılması qaçılmazdır.

“Bu barədə yuxarıda qeyd olunan bəyanatda da vurğulanıb. Azərbaycan öz əsas hissəsindən Naxçıvana çıxış əldə edəcək”, - deyən politoloq Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sammitinin müharibənin dayandırılması haqqında sazişin imzalanmasının ildönümünə təsadüf edə biləcəyi barədə fikirlərini də bölüşüb.

Dəhlizin açılmasının praktiki müddətinə gəlincə isə o, bu barədə bir düşüncəsi olmadığını deyib.

“Bu, şlaqbaumun açılması və yollarda sadə nişanların tətbiqi deyil. Dəmir yolları və avtomobil yolları tikilməli, yaxud təmir edilməlidir”, - deyə S.Tkaçenko sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri