27 
Okt
2021
13:20
508
24
4964
Virtual karabakh

Ərdoğan: “Azərbaycan ət idxalını minimuma endirəcək”

27 Okt, 2021
13:20
4964

Ərdoğan: “Azərbaycan ət idxalını minimuma endirəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə-Azərbaycan əməkdaşlığı ilə “Ağıllı kənd” layihəsi intensiv şəkildə həyata keçirilir və bununla bağlı araşdırmalar qətiyyətlə davam edir”.

“Haber Global” məlumat verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda heyvandarlıqda uğurlu iş gedir:

“Bu uğurlu işlərlə yanaşı, minalardan təmizləmə işləri də davam etdirilir. Bizə bildirdilər ki, heyvandarlığı inkişaf etdirmək üçün bura azı 5-10 min anqus buğası (ətlik red.) gətiriləcək və bununla Azərbaycan ət idxalını minimuma endirəcək. Bu onu göstərir ki, indiki məqamda əkinçilik və heyvandarlıqda çox ciddi sıçrayış olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri