28 
Okt
2021
12:24
16
505
1914
Virtual karabakh

İran rejimi Təbrizdə şərlənərək həbs olunan güneyli fəala təzyiq göstərir

28 Okt, 2021
12:24
1914

İran rejimi Təbrizdə şərlənərək həbs olunan güneyli fəala təzyiq göstərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran rejimi ağır həbs cəzasına məhkum edilən Güney azərbaycanlı fəal Əkbər Nəimini təzyiqlərə məruz qoyur.

Buna səbəb onun Azərbaycan uğrunda fəaliyyətinə görə “peşman olmadığını” bildirməsi, irəli sürülən ittihamlarla razılaşmasıdır. Artıq azərbaycanlı siyasi məhbus telefon danışığı hüququndan da məhrum edilib.

Azərbaycanlı fəalın həbs olunmasından 5 ay keçməsinə baxmayaraq, hələ də məzuniyyətə buraxılmayıb.

Qeyd edək ki, Əkbər Nəimi ötən il yanvarın 22-də işlədiyi İran Milli Hava Yolları Şirkətinin təmir bölməsində tutularaq, təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından buraxılmışdı.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi bu il iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən yenidən saxlanılıb.

Əkbər Nəimi şərlənərək, “qanunsuz təşkilata üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “hökumətə müxalif qrupların xeyrinə təbliğat aparmaq” ittihamları ilə ümumilikdə 9 il 8 ay həbs cəzasına məhkum edilib.

Qərar İran Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o, Tehranın Evin həbsxanasında həbs cəzasını çəkməkdədir.

Əkbər Nəiminin habelə 2 il müddətinə ölkədən çıxışına, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulub.

Mənbə: Güney Azərbaycan Türk Demokratik Birliyinin saytı

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri