28 
Okt
2021
12:04
166
24
2053
Virtual karabakh

Fərid Qayıbov: “Federasiyaların işi araşdırılır”

“Bizim federasiyalarla bağlı çətinliklərimiz var”.

Bu sözləri Oxu.Az-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, problemləri araşdırmaq lazımdır:

“Bundan sonra planlama aparmalıdır. Prezident İlham Əliyev tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik. Mənim federasiyalara səfərlərim piar üçün deyil, görüşlərim araşdırma xarakteri daşıyır. Federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək”.

Nazir qeyd edib ki, olimpiya idman komplekslərinin fəaliyyəti ilə bağlı tədbirlər görüləcək:

“Olimpiya idman komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq”.

Nazir əlavə edib ki, kadr islahatlarının da aparılması nəzərdə tutulub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri