Noy
2021
18:36
122
342
23083
Virtual karabakh

Azərbaycanda koronavirusa görə qapanmalar olacaqmı? - RƏSMİ AÇIQLAMA + VİDEO

4 Noy, 2021
18:36
23083

Azərbaycanda koronavirusa görə qapanmalar olacaqmı? - RƏSMİ AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda pandemiya ilə əlaqədar olaraq növbəti qapanmalar gözlənilmir.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, qapanmaların olacağı ilə bağlı yayılan şayiələr əsassızdır.

“Əsas məsələ xəstəxanalarda yerlərin olub-olmaması ilə əlaqədardır. Xəstəxanalarda yer varsa, demək səhiyyənin xəstələri qəbul etmək imkanları var. Buna görə də qapanmalara getməyə ehtiyac yoxdur. Bəzi məktəblərin virusa görə bağlanmasına gəlincə, onlar iki həftədən sonra yenidən açılır. Bu proses protokollara uyğun olaraq idarə edilir. Məktəblərin bağlanması nəzərdə tutulmur”, - deyə o əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri