Noy
2021
17:28
629
23
2852
Virtual karabakh

Ukraynanın keçmiş prezidenti: “Azərbaycan Ermənistanın 4 milyard dollarlıq silahını məhv etdi” - FOTO

6 Noy, 2021
17:28
2852

Ukraynanın keçmiş prezidenti: “Azərbaycan Ermənistanın 4 milyard dollarlıq silahını məhv etdi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı, müddətdə ora çoxlu sayda hərbi texnika, silah cəmləşdirmişdi”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko deyib.

O bildirib ki, Ermənistanın Qarabağdakı silahlarının hamısı Rusiya istehsalı idi. Azərbaycan Vətən müharibəsində Qarabağda ermənilərin 4 milyard dollardan artıq dəyəri olan silah və texnikasını məhv edib.

“Siz Bakıda Hərbi Qənimətlər Parkında məhv edilən hərbi texnikaları görə bilərsiniz”, - deyə o əlavə edib.

Eks-prezidentin dediyinə görə, Qarabağda ermənilərin özlərinin bu qədər vəsaiti yox idi.

“Orada olan silahlara baxın və görəcəksiniz ki, hər bir raket, texnika Rusiyada istehsal edilib.

Bunlar hamısı Rusiyanın hərbi ixracı idi. Abxaziya və Cənubi Osetiyada da, Ukraynada da eyni vəziyyət hökm sürür. Bu suallara cavablar tapılmalıdır”.

Aqşin Kərimov

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri