Noy
2021
20:28
438
14
2103
Virtual karabakh

Muxtar Tayjan: “Bir il əvvəl Azərbaycan təkcə özü üçün mübarizə aparmırdı” - QAZAXISTANDAN MÜSAHİBƏ

8 Noy, 2021
20:28
2103

Muxtar Tayjan: “Bir il əvvəl Azərbaycan təkcə özü üçün mübarizə aparmırdı” - QAZAXISTANDAN MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ötən il Qarabağdakı Vətən müharibəsində qazandığı qələbə ədalətin təntənəsidir.

Bunu Oxu.Az-a açıqlamasında Qazaxıstanın tanınmış ictimai xadimi Muxtar Tayjan bildirib.

“Vətən müharibəsinin başa çatmasından bir il ötür. Azərbaycan əraziləri, o cümlədən ziyarət etmək arzusunda olduğum Azərbaycanın mədəniyyət paytaxtı Şuşa işğaldan azad edilib. Ədalət zəfər çaldıqda bu, həmişə yalnız müsbət emosiyalar doğurur”, - deyə qazax ekspert bəyan edib.

Həmsöhbətimizin sözlərinə görə, ötənilki qələbənin təminatçısı güclü ordu quruculuğuna başlayan Heydər Əliyevin fəaliyyəti olub və onun işini Prezident İlham Əliyev yekunlaşdırıb.

“Güclü ordu yaratmaq üçün güclü iqtisadiyyat lazım idi. Ötən əsrin 90-cı illərində “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkildi. Fikrimcə, Qarabağın azad edilməsi məhz həmin andan başlandı. Bu gün, noyabrın 8-də biz hamımız öz doğma torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməliyik. Milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları müqəddəs mübarizəyə qalxdılar. Üç minə yaxın şəhid - Azərbaycanın ən yaxşı oğulları canlarını verərək qələbə qazandılar. Bu, qanlı müharibə idi”, - deyə M.Tayjan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan təkcə özü üçün mübarizə aparmayıb.

“Bu, türk dünyasının birliyi uğrunda döyüş idi. Bu qalibiyyətli Vətən müharibəsi nəticəsində Bosfordan Urumçiyə qədər olan türk dünyası birləşdi. Zəngəzur dəhlizi türk dünyasını vahid şəbəkə halında birləşdirəcək, İpək Yolunun inkişafına kömək edəcək. Bu, bizim bütün ölkələrimiz üçün böyük nailiyyətdir. Biz “Türk zolağı”nı bərpa edirik. Sizin gücünüz bizim gücümüz, azadlığınız azadlığımızdır və əksinə. Səmimi qəlbdən azərbaycanlı qardaşları qələbə münasibətilə təbrik edirəm. Bundan sonra başımızın üzərində yalnız dinc səma olsun”.

- Bildiyimə görə, Azərbaycana gəlmək istəyirsiniz?

- Bəli, belə planlar var. İşğaldan azad edilmiş torpaqları ziyarət edəcəyimə, Qarabağa, Şuşaya səfər edəcəyimə ümid edirəm. Mənim üçün bu, çox vacibdir.

Bir il əvvəlki hadisələri xatırlayıram. Qazaxıstanda hamı narahat idi, müharibənin gedişatını izləyirdi. Biz Ermənistanın arxasında kimin dayandığını bilirik - güclü ordusu olan başqa bir dövlət. Lakin o, birbaşa müdaxiləyə getmədi. Və burada, məncə, Türkiyəyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək lazımdır. Ankaranın siyasi dəstəyi Azərbaycana çox kömək etdi.

Biz Azərbaycanın qələbəsini gözləyirdik, buna inanırdıq. Və belə də oldu.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri