12 
Noy
2021
12:10
138
16
2264
Virtual karabakh

Aleksandr Şpakovski: “Belarus hər zaman köməyə gələcək”

12 Noy, 2021
12:10
2264

Aleksandr Şpakovski: “Belarus hər zaman köməyə gələcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Belarus dəfələrlə bəyan edib ki, onun Azərbaycanla dostluğu kiməsə qarşı yönəlməyib. Bizim qarşılıqlı, faydalı tərəfdaşlıq, qardaşlıq münasibətlərimiz var”.

Bu sözləri belaruslu politoloq, “Aktual Konsepsiya” informasiya və təhsil müəssisəsinin direktoru Aleksandr Şpakovski Oxu.Az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycanla Belarus arasında əməkdaşlıq artıq uzun müddətdir ki, Ermənistanda əsəbi reaksiyalara səbəb olur.

Yeni tənqid dalğası bu ilin sentyabrın sonunda dünyanın bir sıra dövlətlərinin, o cümlədən Azərbaycan və Ermənistanın səfirlərinin etimadnamələrinin qəbulu mərasimindən sonra başlayıb.

Rəsmi tədbirdə çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanı strateji tərəfdaş, Belarus dövlətinin maraqlarını ardıcıl dəstəkləyən qardaş dövlət adlandırıb.

Belaruslu politoloq bildirib ki, Azərbaycan və Belarusun liderləri səmimi ünsiyyət qururlar, Minsk və Bakı dəfələrlə bir-birinə yardım edib:

“Bizim yardıma ehtiyacımız yarananda Azərbaycan maddi yardımını əsirgəmədi, Belarus isə öz növbəsində bu borca münasibətdə məsuliyyətli davrandı. Ona görə də biz bəzi xarici tövsiyə və şərhləri deyil, öz ölkələrimizin maraqlarını rəhbər tutacağıq”.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Aleksandr Şpakovski vurğulayıb ki, bu məsələdə Belarus həmişə sülhməramlı mövqe tutub:

“Bizim prezident vasitəçi kimi çıxış edib, Bakının təkliflərini Ermənistana çatdırıb. Təəssüf ki, İrəvanda Aleksandr Lukaşenkonu dinləmədilər. Nəticədə ötən il baş verən qanlı müharibə nəticəsində Ermənistan tərəfi məğlub oldu.

Hazırda Belarus şirkətləri Qarabağın infrastrukturunun bərpası üzərində işləməyə hazırdırlar. Bizim belə imkanlarımız var. Azərbaycandan xahiş olarsa, Belarus hər zaman köməyə gələcək, azərbaycanlı dostlarımız üçün lazımi işləri mümkün qədər operativ və münasib qiymətlərlə həyata keçirəcəyik. Mən burada hansısa üçüncü ölkələrə münasibətdə düşmənçilik görmürəm. Belarusla Azərbaycan arasında münasibətlər bundan sonra da strateji xarakter daşıyacaq”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri