12 
Noy
2021
19:30
525
76
6791
Virtual karabakh

Azərbaycan Prezidenti Ermənistana növbəti dəfə xəbərdarlıq edib

12 Noy, 2021
19:30
6791

Azərbaycan Prezidenti Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, ikinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

“O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək.

Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər.

Zəngəzur dəhlizi isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir”, - deyə dövlət başçısı vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri