17 
Noy
2021
12:44
336
14
1646
Virtual karabakh

Vladimir Salyayev: “Azərbaycan daha güclüdür, onun Ermənistana təzyiq vasitələri var”

17 Noy, 2021
12:44
1646

Vladimir Salyayev: “Azərbaycan daha güclüdür, onun Ermənistana təzyiq vasitələri var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nikol Paşinyanın yaxın bir neçə ay ərzində fəal şəkildə təmizlədiyi Ermənistan silahlı qüvvələrinin rəhbərliyi son vaxtlara qədər ənənəvi olaraq baş nazirə müxalifətdə olub.

Noyabrın 16-da İrəvanda çıxan “Joqovurd” qəzeti isə yazıb ki, Ermənistan baş nazirinin keçmiş müavini Suren Papikyanın müdafiə naziri təyin edilməsi müvəqqəti xarakter daşıyır:

“Hökumətdəki mənbələrimiz bildirir ki, Nikol Paşinyan Papikyanı Müdafiə Nazirliyinə yalnız nazirlik daxilində nələrin baş verdiyini öyrənmək məqsədi ilə göndərib”.

Rusiya Siyasi İnformasiyalar Mərkəzinin aparıcı mütəxəssisi Vladimir Salyayev Oxu.Az-a bölgədəki konfrontasiya ssenarisini şərh edərkən qeyd edib ki, görünür, Ermənistan tərəfinə regiondakı yeni reallıqları anlamaq üçün bir il vaxtı yetərli olmayıb.

“Bundan əlavə, Ermənistanda, bu hətta erməni mediasında dərc edilən yazılardan da aydın görünür ki, nəqliyyat dəhlizlərinin açılmasından sonra Türkiyənin rolunun güclənməsindən narahatdırlar, çünki Türkiyə iqtisadiyyatı Ermənistan iqtisadiyyatından dəfələrlə böyükdür. Həm də bu amil Ermənistanı artıq əldə edilmiş razılaşmaları həyata keçirilmək üçün konkret addımlar atmağı gecikdirməyə məcbur edir”, – deyə Vladimir Salyayev qeyd edib.  

- Axı Nikol Paşinyan ikinci dəfə də xalqdan mandat aldıqdan sonra razılaşmaların icrasına başlamaq şansı əldə etmişdi. İndi isə yerli seçkilər də onu göstərdi ki, ona olan inam azalır. Bundan başqa, erməni analitiklər və siyasətçilər öz cəmiyyətlərinə fəal şəkildə aşılayırlar ki, Paşinyanın dediyi “dinc dövr” Ermənistanın suverenliyinin itirilməsi deməkdir...

- Ermənistan cəmiyyəti hələ bir il əvvəl baş verənləri anlamaq və qəbul etmək mərhələsini keçməyib. Hazırda çox az sayda erməni siyasətçi sülh haqqında açıq danışmağa hazırdır.

- Bununla bərabər, İrəvanda çox yaxşı başa düşürlər ki, Azərbaycanın Ermənistana təsir imkanları çoxdur. Təsadüfi deyil ki, Ermənistan mətbuatı dəfələrlə yazıb ki, Azərbaycan Ermənistanı adaptasiyaya məcbur edir...

- Təbii ki, Azərbaycan güclüdür, onun Ermənistana təzyiq vasitələri var. Ancaq daha yaxşı olardı ki, məcburiyyətə ehtiyac qalmasın. Mən istərdim ki, Ermənistan sazişlərin həyata keçirilməsinin faydalarını dərk etsin. Nikol Paşinyanla bağlı ayrıca bir məqam var.

Xalqın dəstəyi ona cəmiyyətin revanş ümidləri ilə yaşayan hissəsi ilə oyun oynamağa kömək edir.

Bundan əlavə, ola bilər ki, hər şey Paşinyandan da asılı deyil. Çox güman ki, yerlərdə təxribat xarakterli qərarlar verilir və Ermənistanın baş naziri bu barədə sonra xəbər tutur. Amma onlar bu vasitə ilə Paşinyan üçün “davranış çərçivəsi” yaradırlar.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri