19 
Noy
2021
14:52
346
126
1943
Virtual karabakh

İlham Əliyev pandemiyaya qarşı mübarizədə qlobal liderlik edir – ŞƏRH

19 Noy, 2021
14:52
1943

İlham Əliyev pandemiyaya qarşı mübarizədə qlobal liderlik edir – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb.

Dövlət başçısı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi.

Noyabrın 18-də BMT Baş Assambleyasının 3-cü komitəsində (insan hüquqları və humanitar) BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə müzakirə olunaraq qəbul edildi. Heç bir ölkə qətnamənin əleyhinə səs verməyib.

Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri - regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır.

Bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir.

Qətnamə dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində koronavirus pandemiyasına qarşı mübarizədə qlobal liderliyini davam etdirir.

Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələr sırasında yer alır.

Bundan əvvəl də Qoşulmama Hərəkatına sədrlik edən Prezident İlham Əliyev bir sıra qlobal təşəbbüslərlə yadda qalıb.

Onları xatırlatmaq yerinə düşər:

- Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı,

- 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası,

- Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması.

Qeyd olunmalıdır ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq İlham Əliyevin gündəliyində olub. Prezident dəfələrlə “peyvənd millətçiliyinə” qarşı çıxışlar edib.

BMT Baş Assambleyanın 3-cü komitəsində qəbul olunan qətnamə beynəlxalq ictimaiyyətin İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri