19 
Noy
2021
17:16
581
111
3495
Virtual karabakh

İlham Əliyev koronavirus əleyhinə böyük təşəbbüsünü reallaşdırdı - RƏY

19 Noy, 2021
17:16
3495

İlham Əliyev koronavirus əleyhinə böyük təşəbbüsünü reallaşdırdı - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cənab Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizədə üçüncü dövlətlər üçün vaksinləşmənin əlçatan olmasının vacibliyini artıq bir neçə dəfə müxtəlif kürsülərdən səsləndirib”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində BMT Baş Assambleyasının 3-cü komitəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.

Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında koronavirus əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir.

Bu vəziyyətin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu vurğulanır.

COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir.

Bu xüsusda, bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır.

Jalə Əhmədova bildirib ki, Azərbaycan dövləti mənəvi dəyərlərə hər zaman hörmətlə yanaşıb, birliyi, həmrəyliyi, humanizmi daim təbliğ və tərənnüm edib.

“Cənab Prezident zəngin Qərb dövlətlərinin dünyaya vaksin ədalətsizliyi nümayiş etdirməsinə, digər insanların həyatını təhlükə altında saxlamasına ölkə olaraq səssiz qala bilmədiyimizi bəyan etmişdi”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, qətnamənin qəbul edilməsi dünya ictimaiyyəti tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir.

Qeyd edək ki, qətnaməyə 126 BMT üzvü dövləti həmmüəllif qismində qoşulub.

Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri - regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır.

Jalə Əhmədova bildirib ki, bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri