22 
Noy
2021
18:42
23
215
4524
Virtual karabakh

Paşinyanın aparatı üçtərəfli görüş barədə açıqlama verdi

22 Noy, 2021
18:42
4524

Paşinyanın aparatı üçtərəfli görüş barədə açıqlama verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Baş naziri Nikol Paşinyanın aparatı Rusiya və Azərbaycan prezidentləri ilə birgə üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı yayılan şayiələri təkzib edib.

Bu barədə news.ru-ya Paşinyanın aparatından məlumat verilib.

Aparatdan hələ ki, bu barədə hər hansı bir məlumatın olmadığı bildirilib.

Qeyd olunub ki, məsələ barədə informasiya olduğu təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, bir müddət əvvəl “Telegram” kanallarında noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə məlumatlar yayılıb.

Həmçinin, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hansısa mərhələdə üçtərəfli görüşə ehtiyacın yaranacağını bəyan edib. Lakin bunun üçün bütün tərəflərin razılığının vacibliyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri