23 
Noy
2021
17:40
29
84
1101
Virtual karabakh

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyəti Dohaya səfər edib

23 Noy, 2021
17:40
1101

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyəti Dohaya səfər edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Dohaya səfər edib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyinin təşkilatçılığı ilə keçirilən görüşlər çərçivəsində noyabrın 22-də Ərəb Tədqiqat və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Azmi Bişara ilə görüş keçirilib.

Görüşdə F.Şəfiyev 44 günlük Vətən müharibəsində ölkəmizin qələbə qazanması ilə ərazi bütövlüyünü bərpa edərək Ermənistan-Azərbaycan münaqişəsinə son qoyduğunu bildirib. O, həmçinin qeyd edib ki, münaqişənin həll olunması ilə regionda dayanıqlı sülhə nail olmaq üçün yeni fürsət yaranıb. Öz növbəsində A.Bişara Körfəz bölgəsindəki siyasi proseslərin ümumi vəziyyəti haqqında məlumat verib. Tərəflər hər iki beyin mərkəzi arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və qarşılıqlı səfərlər barədə razılığa gəliblər.

Səfər çərçivəsində Qətərdə yerləşən Corctoun Universitetinin nəzdində fəaliyyət göstərən Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbərliyi ilə də görüşlər keçirilib. Görüş zamanı enerji, ətraf mühit, təhlükəsizlik və digər regional və regionlararası məsələlərə dair birgə akademik tədqiqatların həyata keçirilməsi, elmi tədqiqatçıların qarşılıqlı səfərlər etməsi barədə razılıq əldə edilib.

Görüşdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri