25 
Noy
2021
14:36
324
32
5209
Virtual karabakh

Paşinyan çox çalışsa da İrəvanda Rusiya baş nazirinin qəbuluna düşə bilmədi

25 Noy, 2021
14:36
5209

Paşinyan çox çalışsa da İrəvanda Rusiya baş nazirinin qəbuluna düşə bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan və baş nazir aparatı Rusiya Baş naziri Mixail Mişustinin qəbuluna düşmək üçün dəridən qabıqdan çıxsa da, sonda uğursuzluğa düçar olub.

Belə ki, Rusiyanın baş naziri Avrasiya hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün 18-20 noyabr tarixlərində İrəvanda səfərdə olub. Bu zaman erməni lider və aparatı Mixail Mişustinlə görüşmək üçün çox çalışıb. Lakin Rusiya tərəfi onlara məhəl qoymayıb.

Rusiya tərəfinin erməni baş nazirinin tələbini görməzdən gəlməsinə səbəb isə noyabrın 16-da Ermənistan parlamentinin iclasında baş verənlər olub.

Belə ki, Rusiya tərəfi həmin gün parlamentdəki hakim “Vətəndaş sazişi” fraksiyası nümayəndələrinin Rusiya əleyhinə çıxışların arxasında Nikol Paşinyanın göstərişinin dayandığına əmin olub. Odur ki, ikiüzlü siyasət yürüdən erməni liderinə bununla İrəvanda növbəti dəfə dərs verilib.

Mənbə: Past

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri