26 
Noy
2021
19:22
227
20
1241
Virtual karabakh

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiqlənib

26 Noy, 2021
19:22
1241

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiqlənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bildirilib ki, “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi haqqında” qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun tətbiqi barədə” Prezident fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun 2.2-ci maddəsinə əsasən Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi nəzərdə tutulub.

Qərara əsasən qoruğun mühafizə zonasının sərhədləri müəyyən edilib, ərazidə fəaliyyətin tənzimlənməsinə və qoruq rejiminin tətbiqinə hüquqi zəmin yaranıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri