26 
Noy
2021
22:27
541
80
2463
Virtual karabakh

Azərbaycan Prezidenti Putin və Paşinyanla söhbətin səmimi olduğunu bildirib

Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya və Ermənistan liderləri ilə danışıqlardan sonra tərəflər arasında hərtərəfli, səmimi söhbət olduğunu, planların açıq şəkildə müzakirə edildiyini bildirib.

“Bu gün bir çox məsələlərlə bağlı olduqca hərtərəfli, deyərdim ki, səmimi söhbət oldu. Biz planlarımızı, narahatlığımızı doğuran məsələləri açıq müzakirə etdik. Əsas odur ki, fikir ayrılıqlarının həllində verdiyimiz qərarlar təhlükəsiz və proqnozlaşdırıla bilən olacaq”, - deyə İlham Əliyev mətbuata açıqlamasında bildirib.

Dövlət başçısı vurğulayıb ki, Bakı İrəvanla uzunmüddətli qarşıdurmanı əks etdirən tarixin səhifəsini çevirməkdə qərarlıdır.

“Mən dəfələrlə demişəm ki, biz Azərbaycanda Ermənistanla uzunmüddətli qarşıdurma səhifəsini çevirməyə, normal qarşılıqlı fəaliyyət mərhələsinə qədəm qoymağa hazırıq”, - deyə Azərbaycan prezidenti danışıqlardan sonra bəyan edib.

İlham Əliyev əlavə edib ki, Moskva ilə Bakı arasında etimad münasibətlərinin səviyyəsi İrəvanla bir çox məsələlərdə həll yollarının tapılmasına töhfə verir.

“Bu formatda biz məqsədlərimizə nail oluruq. Rusiya Azərbaycan üçün dost və strateji tərəfdaşdır. Mən deyərdim ki, strateji tərəfdaşdan daha artıqdır. Azərbaycanla Rusiya arasında etimadın səviyyəsi ən həssas məsələlərdə Ermənistanla həll yollarını tapmaqda bizə yardım edir” – deyə İlham Əliyev qeyd edib.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri