27 
Noy
2021
12:30
415
16
2387
Virtual karabakh

Sergey Markov: “Paşinyan ürəyində Qarabağdan çoxdan imtina edib”

27 Noy, 2021
12:30
2387

Sergey Markov: “Paşinyan ürəyində Qarabağdan çoxdan imtina edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ən əsası odur ki, əvvəllər imzalanmış müqavilələrə sadiqlik təsdiqlənib”.

Bunu Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Soçidə aparılan danışıqları Oxu.Az-a şərh edərkən bildirib.

O, vurğulayıb ki, Nikol Paşinyanın Fransanı da danışıqlar prosesinə cəlb etməyə çalışır və ATƏT-in Minsk Qrupu haqqında danışılanlar burdan qaynaqlanır.

“Ona bu lazımdır, çünki Paris maksimum ermənipərəst mövqe tutur. Bununla da Ermənistanın baş naziri anti-Rusiya mahiyyətini ifadə edir”, - deyə müsahib əlavə edib.

Politoloqun fikrincə, uzun müddət əvvəl delimitasiya və demarkasiya üzrə İşçi Qrupu yaratmaq, sərhədləri müəyyən etmək üçün isə Rusiyada olan xəritələrdən istifadə etmək lazım idi.

“Ancaq Paşinyan bunu edə bilməz. Problemin mahiyyəti ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanın sərhədyanı ərazilərinin bir hissəsi, deyək ki, erməni əhalisi tərəfindən mənimsənilib. Hardasa inək tövlələri tikilib, bir yerdə mal-qara otarılıb, başqa yerdə əkin sahələri salınıb. İndi də bu torpağı azad etmək lazımdır. Paşinyan bunu etməyə qorxurdu, indi də qorxur, “şok dalğası” bürüyəcəyindən narahatdır, çünki o, onsuz da Qarabağı təslim etməkdə ittiham olunur. Ona görə də bu prosesi mümkün qədər gecikdirməyə çalışır”, - deyə o, bildirib.

İctimai xadim nəqliyyat marşrutlarına da münasibət bildirib.

“Laçın dəhlizi işləyir. Paşinyana lazım olan yeganə şey budur. Zəngəzur nəqliyyat dəhlizi isə yavaşlayır. İrəvan qorxur ki, bundan gələcəkdə Zəngəzuru Ermənistandan ayırmaq üçün istifadə oluna bilər”, - deyə o, izah edib.

Markov Paşinyanın əslində razılaşmaların icrasını ləngitdiyini deyib. Müsahib bunun, əlbəttə ki, danışıqları aparanları qıcıqlandıra biləcəyini, lakin, digər tərəfdən, sülh prosesinin özünün hər iki tərəfin razılaşması, öz maraqlarını maksimum dərəcədə artırmağa çalışması olduğunu vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan mətbuatında Paşinyanın Qarabağ iddialarından əl çəkməyə hazır olduğu barədə məlumatlar getdi. Məsələn, “Hraparak” qəzeti baş nazirin “Qarabağ Azərbaycanındır” ifadəsini sitat gətirib. Qapalı iclasda verilən bu bəyanat Ermənistanda aktiv şəkildə müzakirə olunur. Bəs Paşinyan niyə bu haqda açıq danışmır?

Politoloq bunu Ermənistanın hökumət başçısının qorxması ilə əlaqələndirdi.

“Ola bilsin ki, Ermənistan vətəndaşları, ilk növbədə isə Livan və Suriyadakı erməni diasporu bunu ona bağışlamaya bilər. Paşinyan qorxur ki, sadəcə gəlib onu partladarlar. Amma ürəyində o Qarabağdan çoxdan imtina edib, çünki bu ona “Qarabağ klanı” timsalında təhlükə yaradır. Qarabağsız onun daxili siyasi rəqiblərinin təsiri xeyli azalır. Dəhlizlərin açılmasından sonra isə Ermənistanda iqtisadi artım başlanacaq, onun reytinqi də yüksələcək. Bu onun üçün faydalıdır, amma qorxur”, - deyə Markov sözlərini yekunlaşdırdı.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri