28 
Noy
2021
13:05
360
64
1885
Virtual karabakh

Prezident: “2030-cu ilə qədər Azərbaycanın xarici borcunu ÜDM-in 10 faizinə endirməyi planlaşdırırıq”

28 Noy, 2021
13:05
1885

Prezident: “2030-cu ilə qədər Azərbaycanın xarici borcunu ÜDM-in 10 faizinə endirməyi planlaşdırırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır”.

Bu sözləri Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısındakı çıxışında deyib.

Dövlət başçısı bildirib: “Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.

Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri