28 
Noy
2021
14:04
300
71
1163
Virtual karabakh

Dövlət başçısı: “Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub”

28 Noy, 2021
14:04
1163

Dövlət başçısı: “Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan cari ilin yanvar ayının ortalarından COVID-19-a qarşı peyvəndlənmə kampaniyasına başlayıb. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır”.

Azərbaycanın pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi istiqamətində atdığı mühüm addımlardan danışan Prezident İlham Əliyev deyib ki, biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri