28 
Noy
2021
16:58
958
22
3154
Virtual karabakh

Prezident İlham Əliyev Pakistan Prezidenti Arif Alvi ilə görüşüb - YENİLƏNİB + FOTO/VİDEO

28 Noy, 2021
16:58
3154

Prezident İlham Əliyev Pakistan Prezidenti Arif Alvi ilə görüşüb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olundu. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi.

Həmçinin son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksəksəviyyəli səfərlərin əhəmiyyəti qeyd olundu. Eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Dünyada artan islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə edildi.

Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.

Pakistan Prezidenti tərəfindən bu ölkədə həyata keçirilən layihələrə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür ifadə olundu.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri