29 
Noy
2021
12:12
277
19
2417
Virtual karabakh

Leonid Kalaşnikov: “Minsk qrupu özü özünü məhv edir”

29 Noy, 2021
12:12
2417

Leonid Kalaşnikov: “Minsk qrupu özü özünü məhv edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə keçirilən görüşdə ATƏT-in Minsk qrupu ilə bağlı məsələ qaldırmağa çalışsa da, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən qarşılıq görmədi. Bu o deməkdirmi ki, ATƏT-in Minsk qrupu bütünlüklə keçmişdə qaldı?

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov məsələ ilə bağlı Oxu.Az-a münasibət bildirib. Ekspertin sözlərinə görə, çətin ki, ATƏT-in Minsk qrupu mövzusu gündəmdən bu qədər asanlıqla çıxarılsın və ya görməzdən gəlinsin:

“Ancaq əsas odur ki, qərarların qəbulu və onların həyata keçirilməsi məsələləri Rusiya, Azərbaycan və Ermənistan liderlərindən asılıdır”.

“Heç kim Minsk qrupunun üstündən tam xətt çəkməyəcək, axı ABŞ və Fransa oradadır. Amma ATƏT-in Minsk qrupu özü onillər olduğu kimi heç nə etməyəcək. Onu aradan qaldırmaq elə bir əhəmiyyət kəsb etmir, o, özü özünü məhv edəcək. Diqqət edin – Donbassda nizamlanma ilə bağlı “Normandiya formatı” var. Onun heç bir xeyri yoxdur, amma mövcuddur”, - deyə L.Kalaşnikov əlavə edib.

Müsahibin sözlərinə görə, Minsk qrupu və ya həmin “Normandiya formatı”nın öz maraqlarını təşviq edən dünya güclərinin təsir aləti olaraq qaldığı başa düşülməlidir.

“Bu səbəbdən arxayınlaşmaq olmaz. İndi isə ölkə vətəndaşlarının maraqlarına cavab verən imzalanmış sazişləri (Moskva, Bakı və İrəvan arasında - red.) tez bir zamanda yerinə yetirmək lazımdır”, - deyə o bildirib.

- Soçidə üçtərəfli görüşü necə qiymətləndirirsiniz? Bir çox ekspertlər bir irəliləyiş olduğuna inanırlar, axı müddətlər müəyyən edilib - ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılmalıdır, bu günlərdə isə kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın iclası keçirilməlidir.

- Məncə, irəliləyişlərdən deyil, işdən danışılmalıdır. Məsələlərin həll olunmasının vaxtı çatıb. 2020-ci il noyabrın 10-da bəyanatın imzalanmasının ildönümü ilə bağlı Moskvada görüşün keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan məlum oldu ki, tərəflərdən biri bunu istəməyib. Bir neçə gün keçdi və uyğun vəziyyət yarandı, qərarlar verildi. Çox güman ki, onlardan bəziləri haqqında yaxın gələcəkdə məlumat əldə edə bilməyəcəyik. Bununla belə, razılaşdırılanlar həyata keçiriləcək. Üstəlik, bunun üçün müddət çərçivəsi var - ilin sonuna qədər. Bu, vacibdir, çünki vaxt qrafiki olmayan və dəqiqləşdirilməmiş bəzi əvvəlki qərarlar onları əvvəlcə nəzərdə tutulduğundan bir qədər fərqli şərh etməyə imkan verirdi.

Ən əsası, illərdir dediyim şey baş verir. Ancaq arbitrin - Bakıda və İrəvanda etibar edilən Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə qonşular problemləri həll edə bilər. Heç bir ABŞ və Fransaya, əlaqə qruplarına ehtiyac yoxdur, onlar (faydalı – red.) heç nə etmirlər.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri