30 
Noy
2021
16:32
380
180
1678
Virtual karabakh

İran səfirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verdi - FOTO

30 Noy, 2021
16:32
1678

İran səfirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Azərbaycandakı səfirliyi Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterində həlak olanlarla bağlı Azərbaycan tərəfinə başsağlığı verib.

Bununla bağlı İranın Azərbaycandakı Səfirliyi rəsmi “Twitter” hesabında paylaşım edilib.

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması, bir neçə nəfərin şəhid olmasından dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir”, - səfirlik bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri