30 
Noy
2021
23:14
297
17
1099
Virtual karabakh

BMT rəsmisi Azərbaycana başsağlığı verib - FOTO

“Xızıda faciəvi helikopter qəzası xəbəri kədərləndirdi”.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva özünün “Twitter” hesabında yazıb.

“Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - BMT rəsmisi əlavə edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri