Dek
2021
09:54
87
23
1990
Virtual karabakh

XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək - VİDEO

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi (XİN) ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

XİN-dən bildirilib ki, nazirlikdə diplomatik xidmətə qəbul üzrə imtahan 2022-ci il yanvarın 23-də baş tutacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında 23.12.2021-ci il saat 10:00-dan 12.01.2022-ci il saat 18:00-dək həyata keçiriləcək.

Qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

“Nəzərinizə çatdırırıq ki, namizədlərin sınaq imtahanı 26 dekabr 2021-ci il tarixində keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 08.12.2021-ci il saat 10:00-dan 19.12.2021-ci il saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq”, - məlumatda qeyd olunub.

Bildirilib ki, namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri