Dek
2021
12:22
192
38
1513
Virtual karabakh

Baş nazir: “Prezident ordu quruculuğunun daha da gücləndirilməsi üçün tapşırıqlar verib”

3 Dek, 2021
12:22
1513

Baş nazir: “Prezident ordu quruculuğunun daha da gücləndirilməsi üçün tapşırıqlar verib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tarixi çağırışlar nəzərə alınaraq, Prezident tərəfindən 2030-cu illə bağlı prioritetlər barədə sərəncam imzalanıb, hökumətə sosial-iqtisadi inkişaf strategiyanın hazırlanması ilə bağlı tapşırıq verilib”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.

Onun sözlərinə görə, strategiya layihəsi hazırlanıb və təsdiq üçün Prezidentə təqdim edilib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyev ordu quruculuğunun daha da gücləndirilməsi üçün tapşırıqlar verib.

Əli Əsədov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir.

“Regionda nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın maraqlarına cavab verir”, - deyə Əli Əsədov əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri