Dek
2021
21:15
565
48
5476
Virtual karabakh

Putin Ərdoğana Azərbaycan və Ermənistan liderlərilə görüşün nəticələri barədə məlumat verib - YENİLƏNİB

3 Dek, 2021
21:15
5476

Putin Ərdoğana Azərbaycan və Ermənistan liderlərilə görüşün nəticələri barədə məlumat verib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı zamanı Ərdoğanın xahişi ilə Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli görüşünün əsas nəticələri barədə ona məlumat verib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin bildirib ki, danışıqlar zamanı Bakı və İrəvanın regionda sabitliyin təmin edilməsi kontekstində qarşılıqlı fəaliyyətə, habelə iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığı təsdiqlənib.

Həmçinin, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının vasitəçilik rolunun vacibliyini qeyd edərək, bu istiqamətdəki səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasındakı bütün hərbi fəaliyyətlərə nəzarət etmək üçün Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Mənbə: kremlin.ru

19:37

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin Liviya, Suriya, Ukrayna, Cənubi Qafqaz kimi regionlarda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, qarşılıqlı əlaqələrin inkişafına yönəlmiş addımlar dəyərləndirilib.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri