Dek
2021
13:19
84
209
1182
Virtual karabakh

İranın sabiq səfiri: “İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək” - VİDEO

4 Dek, 2021
13:19
1182

İranın sabiq səfiri: “İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək”.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat magistralının bir hissəsi hesab olunur və onun bərpası İran-Ermənistan sərhədinə hər hansı zərbə olmayacaq.

“Çünki region ölkələrinin ərazi bütövlüyü çərçivəsində bu dəhliz bərpa olunacaq. İranın müxtəlif rəsmilərinin mövqeləri də onu göstərir ki, Tehran SSRİ dövründən qalan ənənəvi yolların bərpa olunmasına qarşı deyil, hətta buna müsbət yanaşır”, - deyə o bildirib.

Sabiq səfir deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər yaxşılaşarsa, ənənəvi yollardan dinc şəkildə istifadə olunarsa, bölgədə təhlükəsizlik artmış olacaq:

“Və biz İranın Azərbaycan və Ermənistanla birgə sərhədlərində təhlükəsizliyin bərpa olunduğunun şahidi olacağıq”, - deyə keçmiş diplomat əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri