Dek
2021
16:36
172
15
1006
Virtual karabakh

İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi keçiriləcək

4 Dek, 2021
16:36
1006

İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində dekabrın 11-12-də Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi keçiriləcək.

“Haliç Konqres Mərkəzi”ndə baş tutacaq, dünyanın bir çox ekspertinin iştirak edəcəyi tədbirə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Zirvəyə videomüraciətlə qatılacaq.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə “Qarabağ: Bir Zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək.

İki gün davam edəcək tədbirdə 30-dan çox ölkənin akademik qurumları, beyin mərkəzləri, dövlət sektoru, mətbuat, özəl sektor, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri