Dek
2021
13:40
108
92
2032
Virtual karabakh

Baş direktor Zəngəzur dəhlizinin əhəmiyyətindən DANIŞDI

“Zəngəzur dəhlizi sovetlər dönəmində ən vacib istiqamətlərdən biri idi. Xüsusilə Orta Şərqlə SSRİ arasındakı iqtisadi əlaqələr Zəngəzur dəhlizi ilə həyata keçirilirdi”.

Oxu.Az-ın məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, sovet illərində Zəngəzur dəhlizi vasitəsilə Culfadan İrana gedən dəmiryol ticarəti ilə ildə 3 milyon tona qədər yük dövriyyəsi olub:

“Torpaqlarımız işğal olunan zaman ticarət dövriyyəsi məhv olub. Vətən müharibəsindən sonra yeni perspektiv həm Azərbaycan, həm də region üçün açılmaqdadır. Biz region olaraq bu dəhlizin böyük əhəmiyyətini görürük”.

“Limandan böyük nəqliyyat vasitələrinin, həm də dəmiryolu vasitəsi ilə yüklərin Türkiyəyə, oradan da Ağ dənizə çıxışı daha qısadır. Həm Türkiyənin, həm Avropanın Orta və Mərkəzi Asiya ilə ciddi ticarəti var. Bu ticarət daim artmaqdadır. Limanda əməliyyatların effektivliyi çox vacibdir. Burada dövriyyə artacaq. Biz qonşu, xüsusi ilə Türkmənistan və Qazaxıstan limanları ilə yaxın əlaqələrin genişlənməsini, işlərin görülməsini əhəmiyyətli hesab edirik”, - deyə Baş direktor qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri