Dek
2021
11:26
133
20
1883
Virtual karabakh

Elnur Məmmədov: “Azərbaycanı ABŞ və Britaniyadan olan peşəkar vəkillər təmsil edib” - FOTO/VİDEO

8 Dek, 2021
11:26
1883

Elnur Məmmədov: “Azərbaycanı ABŞ və Britaniyadan olan peşəkar vəkillər təmsil edib” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətən müharibəsinin nəticələri ilə bağlı bir yox, bir neçə məhkəmə iddiası olub. Çünki tərəflərin üzv olduğu Konvensiyaya baxılır. Ermənistan həmin Konvensiyaya üzvdürsə, o zaman bizim tərəfdən məhkəməyə iddia qaldırılır”. 

Oxu.Az-ın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Xarici İşlər Nazirliyində Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı keçirilən brifinqdə bildirib. 

Brifinqdə BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiası”nın təmin edilməməsi barədə danışılıb. 

Bildirilib ki, Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası, habelə guya Azərbaycan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin edilməyib. 

“Bu ilin yanvarında Azərbaycan tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə Ermənistana qarşı iddia irəli sürülüb. Fevral ayında isə Ermənistan bizə qarşı əks iddia qaldırıb. Sentyabrda Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə hər iki tərəf bir-birinə qarşı iddia irəli sürüb. Bu iddialarla bağlı yekun qərarlar hələ veriləcək. Hazırkı qərarlar təcili məsələlər üzrə çıxarılan qərarlardır. Yəni, işə hələ mahiyyəti üzrə baxılmayıb.

Azərbaycan tərəfini ABŞ və Böyük Britaniyanın peşəkar vəkilləri təmsil edib”. 

Səbuhi Musayev 

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri