Dek
2021
12:08
108
49
1547
Virtual karabakh

Olivye Vedrin: “Avropa Azərbaycan və Ermənistana sülh müqaviləsinə nail olmağa kömək edəcək”

8 Dek, 2021
12:08
1547

Olivye Vedrin: “Avropa Azərbaycan və Ermənistana sülh müqaviləsinə nail olmağa kömək edəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Brüssel özünün Şərq qonşularına getdikcə daha çox diqqət ayırır”.

Bunu Avropa İttifaqının dekabrın 15-nə planlaşdırılan altıncı “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində Oxu.Az -a açıqlamasında fransalı politoloq, professor Olivye Vedrin deyib.

Həmsöhbətimiz Avropa diplomatiyasının rəhbəri Jozef Borrelin Aİ-nin Şərq Tərəfdaşlığı siyasətinin iflasa uğramaq ərəfəsində olması ilə bağlı fikirlərini təkzib edən reaksiyasını xatırladıb:

“Jozef Borrel deyib ki, bu hazırda Avropa xarici siyasətinin mühüm hissəsidir”.

“Diqqət edin ki, hələ noyabrın 15-də Avropa diplomatları və Şərq Tərəfdaşlığı ölkələrinin - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın nümayəndələri (Belarus iştirak etməyib - red.) gələcək siyasəti müəyyən etmək üçün Brüsseldə görüş keçirib. Danışıqların məqsədi məhz dekabrın 15-də keçiriləcək sammitdə Şərq Tərəfdaşlığının məqsədlərinin siyasi təsdiqi üçün zəmin hazırlamaq idi”, - deyə Olivye Vedrin bildirib.

Fransalı ekspert həmçinin Azərbaycan və Ermənistan liderlərinin sammit çərçivəsində planlaşdırılan mümkün görüşü məsələsinə də toxunub.

Olivye Vedrin Avropanın Azərbaycan və Ermənistana sülh sazişinə nail olmaqda kömək edəcəyinə ümid etdiyini bildirib. Bu saziş nəticəsində iki ölkənin ərazi bütövlüyü tanınacaq və sərhədlərin delimitasiyasına başlanılacaq:

“Dekabrın ortalarında Brüsseldə keçiriləcək görüşün məqsədi iki ölkə arasında bir neçə sərhəd toqquşması ilə bağlı gərginliyin zəiflədilməsidir. Bu barədə də hələ noyabrda Avropa İttifaqında bəyan edilib”.

“Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb. Aİ artıq Bakı və İrəvana sülh sazişinə nail olmaq üzrə işlərdə kömək etməyə başlayıb. Mən hesab edirəm ki, bu yaxşı başlanğıcdır və biz optimist ola bilərik”, - deyə Olivye Vedrin bildirib.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri