Dek
2021
23:45
379
30
2028
Virtual karabakh

Lavrov Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının mümkün qədər tez başlamasının vacibliyini vurğulayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. O cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Rusiyanın XİN başçısı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərin mümkün qədər tez başlamasının, sonrakı mərhələdə demarkasiyanın təmin edilməsinin vacibliyini vurğulayıb. Lavrov həmçinin, Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların praktiki müstəviyə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri