Dek
2021
09:20
15
180
2151
Virtual karabakh

Emin Hüseynov Ağdamın minalanması barədə: “Sanki yük maşınından yerə boşaldılıb”

9 Dek, 2021
09:20
2151

Emin Hüseynov Ağdamın minalanması barədə: “Sanki yük maşınından yerə boşaldılıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təqdim edilən xəritələrin dəqiqliyinə də tam əmin olmaq təhlükəlidir. Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşınından yerə boşaldılıb”.

Oxu.Az-ın məlumatına görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ərazini təmizləmək çox çətindir:

“O ərazilər həm də hamar deyil. Çoxlu müdafiə istehkamları qurulub və orada hərbi terminologiya ilə desək, xeyli vallar var. Buna görə də, mina əleyhinə xüsusi maşınların istifadəsi çox çətinləşib. Orada minaaxtaran aparatlarla araşdırma, itlərlə axtarış aparmaq çox çətindir. Bu ərazilər daha çox manual olaraq, yəni əllə minalardan təmizlənir.

Nəhayət, bu yaxınlarda keçmiş təmas xəttində 20 metr enində bir dəhliz açıldı və bunun nəticəsində Xındırıstan kəndindən, “Ağdam-1” yarımstansiyasına “Azərenerji” ASC elektrik xəttinin çəkilişini təmin edə bildi. Artıq şəhərdə elektrik enerjisi mövcuddur. Lakin təhlükə qalmaqdadır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri