Dek
2021
17:08
285
110
3142
Virtual karabakh

Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı - SƏRƏNCAM

9 Dek, 2021
17:08
3142

Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı - SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir:

“Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri