14 
Dek
2021
19:07
299
44
2149
Virtual karabakh

İlham Əliyev NATO Baş katibi ilə mətbuat konfransında sülh mesajı verdi - VİDEO

14 Dek, 2021
19:07
2149

İlham Əliyev NATO Baş katibi ilə mətbuat konfransında sülh mesajı verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, Azərbaycan NATO üzvü olan Türkiyə ilə aktiv şəkildə 2021-ci il ərzində yeddi birgə hərbi təlim keçirib”.

Oxu.Az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə keçirilən birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, bu təlimlər sülhün və təhlükəsizliyin təminatına yönəlib.

Prezidentin sözlərinə görə, NATO baş katibi ilə görüşdə Cənubi Qafqazdakı postmünaqişə dövrü müzakirə edilib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan sülhü təmin edir.

“Azərbaycan çalışır ki, regionda hər hansı yeni müharibə riski, ehtimalı minimallaşsın”, - deyə Prezident bildirib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri