17 
Dek
2021
11:50
117
8
1698
Virtual karabakh

Engin Özer: “Qarabağ müharibəsi zamanı bu daşnaklar harada idilər?!”

17 Dek, 2021
11:50
1698

Engin Özer: “Qarabağ müharibəsi zamanı bu daşnaklar harada idilər?!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan ilkin şərtlər olmadan bacarmasa da, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi erməni cəmiyyətində şiddətli reaksiyaya səbəb oldu.

Ermənistanda parlament və parlamentdənkənar müxalifət nümayəndələri (daşnaklar xüsusilə fəaldır) “Türkiyə və ona xidmət edən qüvvələrin (Ermənistanda – red.) gündəmini pozacaqları” barədə söz verirlər. Amma Ankara və İrəvan danışıqlar aparmaq üçün artıq xüsusi nümayəndələr təyin edirlər.

Doğrudanmı Türkiyə ilə Ermənistan arasında barışıq prosesi başlayır, bu, İrəvanın imitasiyası deyilmi? Oxu.Az-ın suallarını cavablandıran türkiyəli politoloq Engin Özer Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşacağına inandığını, lakin bunun çoxlarının təsəvvür etdiyi kimi baş verməyəcəyini deyib:

- Bu, dialoqla başlamalı olan uzunmüddətli proses olacaq. Bundan sonra hansısa diplomatik münasibətlərdən danışmaq mümkün olacaq, lakin çətin ki, səfirlərin təyinatı səviyyəsində olsun. Ola bilsin ki, gələcəkdə Türkiyənin Ermənistandakı müvəqqəti işlər vəkili İrəvana göndəriləcək.

Aydındır ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə kömək edəcək, bu, irəliyə doğru bir addımdır. Bu, ilk cəhd olmasa da, əvvəllər türkiyəli diplomatlar Türkiyə-Ermənistan münasibətlərini yaxşılaşdırmaq istiqamətində işləyiblər. Amma indi yeni reallıqları nəzərə alaraq müsbət nəticəyə inanıram.

- Amma erməni müxalifəti - Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyanın təmsil etdiyi daşnaklar və parlamentdənkənar qüvvələr hətta İrəvanla Ankara arasında danışıqların baş tutması ehtimalına qarşı son dərəcə kəskin çıxış edirlər.

- Daşnakların XIX-XX əsrlər ideologiyası haqqında hamı bilir. Belə görünür ki, XXI əsrdə o, artıq dəqiq mövcud ola bilməz, amma təəssüf ki, mövcuddur. Ancaq hesab edirəm ki, ultra-millətçi hərəkat nümayəndələrinin açıqlamalarına qətiyyən əhəmiyyət verməyə dəymir.

Azərbaycanın Qarabağda 44 günlük Vətən Müharibəsi zamanı bu daşnaklar harada idi, “Qarabağ klanı” harada idi? Niyə döyüşməyiblər, İrəvanda oturublar? Bu sualı erməni xalqı da verir.

Əminəm ki, nizamlanma prosesi başlayıb, onu dayandırmaq olmaz. Və yenə də ermənilərin əksəriyyətinin “Qarabağ klanı”nın dominantlığından yorulması səbəbindən, Nikol Paşinyan onunla necə davransalar da, iki dəfə seçkilərdə qalib gəldi.

- ABŞ-da Ermənistanla Türkiyə arasında normallaşma prosesini müzakirə etmək üçün xüsusi elçilərin təyin edilməsi ilə bağlı bəyanatlar artıq alqışlanıb. Bəs Vaşinqton nə dərəcədə dürüstdür, ABŞ və Türkiyə arasındakı problemləri nəzərə alsaq, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasında nə dərəcədə maraqlıdır?

- Hesab edirəm ki, ABŞ, ilk növbədə, Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarının və dəhlizlərin işləməsində maraqlıdır. Belə olan halda Ermənistan Moskvanın qoyduğu məhdudlaşdırıcı çərçivədən qurtula biləcək. Təbii ki, Türkiyə tərəfdən məhdudiyyətlər var, amma onlar aradan qalxsa, o zaman Qərb dünyası üçün də faydalı olar. Buna görə də amerikalılar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək verəcəklər.

- İrəvanın ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğuna dair çoxlu məlumatlar var idi. Amma erməni jurnalistlər bu barədə Ermənistan Milli Assambleyasının beynəlxalq əlaqələr komissiyasının sədri Eduard Ağacanyandan soruşduqda məlum oldu ki, hələ də “saman altından su yeridənlər” var. Onun sözlərinə görə, Ermənistan “erməni soyqırımı”nın tanınması və mövcud olmayan “Artsax”ın tanınması üzərində işləməyə davam edəcək. Və məlum məsələdir ki, Ermənistanın Türkiyəyə olan ərazi iddiaları çətin aradan qalxa...

- Türkiyə Ermənistanın müəyyən ərazi iddialarına heç bir şəkildə reaksiya verməyəcək, onlar nəsə ifadə etmir, sadəcə olaraq “sıfır”dır. Ankara buna əhəmiyyət vermir.

İndi Qarabağa gəlincə. Ermənistan demək olar ki, otuz ildir ki, qondarma “Artsax”ı tanımırdı. Yəni İrəvan Qarabağı de-yure Azərbaycanın bir hissəsi hesab edirdi. Bəs Ermənistan “Artsax”ın tanınmasını başqa dövlətlərdən, daha çox Türkiyədən necə tələb edə bilər? Üstəlik, Azərbaycan müharibədə qələbə çaldıqdan sonra?

Qarabağa gəlincə, Ermənistan demək olar, otuz ildir, qondarma “Artsax”ı tanımayıb. Yəni İrəvan de-yure Qarabağı Azərbaycanın bir hissəsi hesab edirdi. Bəs Ermənistan “Artsax”ın tanınmasını başqa dövlətlərdən, əsas da Türkiyədən necə tələb edə bilər? Üstəlik, Azərbaycan müharibədə qələbə çaldıqdan sonra.

Amma aydındır ki, erməni tərəfi “soyqırım”dan imtina edə bilməz. Bu, bir növ “milli bağa” çevrilib. Azərbaycanlılara da türk deyən erməniləri “soyqırım” və düşmənlərdən-türklərdən başqa nə birləşdirir?

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri