17 
Dek
2021
15:08
83
35
1232
Virtual karabakh

Andrey Rusakoviç: “Brüsseldəki mövqe Bakının dostluq addımıdır”

17 Dek, 2021
15:08
1232

Andrey Rusakoviç: “Brüsseldəki mövqe Bakının dostluq addımıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərindən sonra formalaşan Belarus reallıqlarını tanımırdı”.

Bu barədə Belarus senatoru, Belarus Parlamenti Respublika Şurasının (parlamentin yuxarı palatası) beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyası sədrinin müavini Andrey Rusakoviç Oxu.Az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqında həm Belarusun rəsmi orqanları ilə qarşılıqlı əlaqə, həm də müxtəlif birgə proqramların həyata keçirilməsi, beynəlxalq müqavilələrin hazırlanmasını və s. əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

“Aİ tərəfindən Minsklə münasibətlərdə demək olar ki, tam dondurulma olub. Buna cavab olaraq Belarus Respublikasının hakimiyyət orqanları Avropa İttifaqı ilə siyasi əlaqələri məhdudlaşdırıb və Şərq Tərəfdaşlığı proqramında iştirakını dayandırıb”, - deyə Rusakoviç qeyd edib.

“Təbii ki, Belarus tərəfi sonuncu sammitdə iştirak etməyib, Belarus Respublikasının mövqeyi ifadə olunmayıb.Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsinin Belarusdakı vəziyyətin qiymətləndirilməsini özündə əks etdirən bəndi Aİ-nin Minskə yanaşmasının nəticəsidir. Və bu yanaşma Şərq Tərəfdaşlığında iştirak edən digər beş ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanı bölməli idi. Belarus Respublikası digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalmaqda davam edir. Bəyannamənin Belarusla bağlı bəndini dəstəkləməyən Azərbaycanın mövqeyini isə balanslı və reallıqlara uyğun hesab edirik. Minsk bunu Bakının dostluq addımı kimi qəbul edir”, - deyə Andrey Rusakoviç vurğulayıb.

O, həmçinin Bakı və Minskin dost münasibətlərinin digər tərəfləri qıcıqlandırması məsələsinə də toxunub:

“Son 30 ildə Belarus bütün ölkələrlə mehriban qonşuluq münasibətləri qurmağa çalışıb. Minsk həmişə münaqişələrin sülh yolu ilə və Belarusun açıq şəkildə riayət etdiyi beynəlxalq hüququn prinsipləri əsasında həllinə çağırıb. Bu yanaşma bizim Cənubi Qafqazdakı xarici siyasətimizin təməl prinsiplərindən biridir və mən bunu müsbət hesab edirəm. Təbii ki, bu, heç də həmişə və hər yerdə qəbul edilmir.

Belarus Respublikasının Azərbaycanla siyasi və iqtisadi əlaqələri daha da inkişaf edəcək”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri