20 
Dek
2021
12:00
140
17
1335
Virtual karabakh

Mamuka Areşidze: “Ermənistan özünü təklikdə hiss edir” - MÜSAHİBƏ

20 Dek, 2021
12:00
1335

Mamuka Areşidze: “Ermənistan özünü təklikdə hiss edir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir müddət əvvəl erməni politoloq Razdan Madoyan “Cavak”ın ədalətsizliklə Gürcüstana verilməsi”ndən şikayətləndi. Bu cür bəyanatlar verən insanlar diqqəti özlərinə çəkmək istəyir, bütün etnosun, milli ideyaların qeydinə qalan siyasi xadim imici yaradır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında gürcü politoloq və qafqazşünas Mamuka Areşidze deyib.

“Onların kimlərinsə tapşırığını yerinə yetirməsi də mümkündür. Biz tez-tez hansısa üçüncü gücdən danışırıq. Bu, məhz həmin hal ola bilər. Ancaq mən anlaya bilmirəm ki, insanlar niyə belə davranır”.

M.Areşidzenin sözlərinə görə, Cavaxetidə ciddi separatizm təhlükəsi olub, ancaq indi vəziyyət başqadır:

“Gürcüstanın bu regionunun ayrılması ideyası hətta İrəvanın özündə belə populyar deyil. İndi Ermənistan üçün Gürcüstanla müsbət münasibətlərə sahib olmaq həyati vacib məsələdir.

Qarabağda baş verənlərdən (müharibədə məğlubiyyətdən – red.) sonra Ermənistan özünü təklikdə hiss edir, Ermənistan ictimaiyyətində Rusiyaya inam ciddi şəkildə sarsılıb. Gürcüstan isə belə deyək, Ermənistan üçün “həyat yolu”dur.

Cavaxetidəki az sayda “ağıllı başlar” hazırda İrəvanın dəstəyini hiss etmir, heç özləri də seçilməyə çalışmırlar”.

Gürcü ekspert, həmçinin İrəvanda erməni müxalifətinin Azərbaycanla sülh sazişinə, sərhədlərin delimitasiyasına qarşı etiraz aksiyalarında Ermənistan bayrağı ilə yanaşı, Gürcüstan bayrağının da dalğalandırılmasına münasibət bildirib:

“Bu, hansısa digər ifratçılıqdır. Ola bilsin aksiyalarda elə Cavaxeti bölgəsindən olanlar iştirak ediblər. Bəlkə də bununla Ermənistan və Gürcüstanın iki xristian ölkəsi olması vurğulanır. Bilmirəm, versiyalar çox ola bilər.

Yeri gəlmişkən, Gürcüstanda tez-tez Azərbaycan, Türkiyə, Ukrayna bayraqlarını görə biləcəyiniz aksiyalar keçirilir. Dünyaya qloballaşma gəlib”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri