22 
Dek
2021
17:24
360
17
1114
Virtual karabakh

Türkiyəli nazir Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət etdi - VİDEO

22 Dek, 2021
17:24
1114

Türkiyəli nazir Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 22-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb və məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn nazir Fatih Dönməz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb.

Həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub. Daha sonra nazir jurnalistlərə açıqlama verib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri