23 
Dek
2021
16:52
609
27
8516
Virtual karabakh

1997-ci ilədək qazi olmuş şəxslərə birdəfəlik ödənişlər ediləcək - MƏBLƏĞLƏR

23 Dek, 2021
16:52
8516

1997-ci ilədək qazi olmuş şəxslərə birdəfəlik ödənişlər ediləcək - MƏBLƏĞLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Fərmana əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilir:

1. I dərəcə əlilliyə görə – 8 800 manat;

2. II dərəcə əlilliyə görə – 6 600 manat;

3. III dərəcə əlilliyə görə – 4 400 manat;

Bundan başqa, bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq nəzərdə tutulan məbləğdə birdəfəlik ödəmə veriləcək.

Sənədə görə, birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılır:

Komissiyanın sədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri