24 
Dek
2021
10:56
207
61
1184
Virtual karabakh

Gənclər təşkilatlarından İlham Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

24 Dek, 2021
10:56
1184

Gənclər təşkilatlarından İlham Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının, eləcə də təşkilata üzv olan aparıcı gənclər təşkilatlarının rəhbər və nümayəndələri videoçarx vasitəsilə Azərbaycana son 200 ildə ən böyük zəfərini qazandıran Müzəffər Ali Baş Komandanı təbrik edərək, Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqət üçün minnətdarlıqlarını bildiriblər. 

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Prezident İlham Əliyevin gənclər və gənclər siyasəti ilə bağlı söylədiyi dəyərli fikirlərdən ibarət onlayn kampaniya hazırlanaraq NAYORA-nın sosial media hesablarında paylaşılıb.

Prezident İlham Əliyev hakimiyyətinin ilk illərindən başlayaraq gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir neçə Dövlət Proqramını təsdiq edib ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin etməklə bərabər, dövlət başçısının Azərbaycan gəncliyinə böyük etimad və diqqətinin göstəricisidir.

Azərbaycan gəncliyi ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini özündə əks etdirən Dövlət Proqramlarında qeyd olunan müddəalar üzrə öz məsuliyyətini dərindən dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır.

Prezidentin diqqət və qayğısının nəticəsidir ki, hazırda ölkəmizdə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunur, beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin ətrafında sıx birləşdiyimizi, göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni etməyə müsəlləh olduğumuzu bildiririk.

NAYORA və Azərbaycan gəncliyi adından Prezident İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edir, müzəffər Ali Baş Komandana siyasi iradəsi nəticəsində bizə qalib xalq olmaq sevinci yaşatdığı, müdrik rəhbərliyi ilə dövlətimizin sosial-iqtisadi inkişafda böyük uğurlar qazandığı və beynəlxalq arenada nüfuzumuzu durmadan möhkəmləndirdiyi üçün Azərbaycan gəncliyi adından öz dərin minnətdarlığımızı bildirir, bu ali fəaliyyətində yeni-yeni zirvələri fəth etməsini arzu edirik.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri