24 
Dek
2021
17:08
278
37
1699
Virtual karabakh

Həm kiçik, həm də orta biznes nümayəndələri üçün Qarabağda imkanlar yaradılacaq - RƏSMİ

24 Dek, 2021
17:08
1699

Həm kiçik, həm də orta biznes nümayəndələri üçün Qarabağda imkanlar yaradılacaq - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son bir ildə başlamış işlər qrafikə uyğun davam edəcək. Bu ilk növbədə Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərən işçi qruplarında aparılan bütün tədbirlərin əks olunduğu strateji fəaliyyət planı, ondan başqa xüsusi dövlət proqramına əsasən həyata keçiriləcək”. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. 

Onun sözlərinə görə, proqramın yaxınlarda yekunlaşması nəzərdə tutulub: 

“Bəzi rayon mərkəzlərimizin artıq baş planları təsdiq olunub. Digər ərazilərdə də bu işlər davam etdirilir. Növbəti ildə biz bu işlərin yekunlaşmasını gözləyirik. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə rayonlar üzrə kəndlərin planlarının layihələndirilməsi davam edir. Sözsüz ki, Zəngəzur dəhlizi ilə bağlı dəmiryolunun inşası qrafikə uyğun növbəti il də davam etdiriləcək”. 

E.Hüseynov qeyd edib ki, vətəndaşlarımızın tez zamanda yurdlarına qayıdışı üçün tələb olunan fiziki, iqtisadi infrastrukturun, iş yerlərinin yaradılması istiqamətində başladılan layihələr gələn il də davam etdiriləcək: “Ənənəvi sahələrlə yanaşı, iqtisadi fəaliyyət sahələrində, həm kiçik, həm də orta biznes nümayəndələri üçün imkan yaradılacaq ki, insanlar iqtisadi fəaliyyətlərini burada qura bilsinlər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri