31 
Dek
2021
15:18
144
49
1523
Virtual karabakh

Aleksandr Merejko: “Geridə qoymağa hazırlaşdığımız il Azərbaycan üçün uğurlu oldu” - Ukraynadan TƏBRİKLƏR

31 Dek, 2021
15:18
1523

Aleksandr Merejko: “Geridə qoymağa hazırlaşdığımız il Azərbaycan üçün uğurlu oldu” - Ukraynadan TƏBRİKLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın ümummilli lideri Heydər Əliyev deyirdi ki, Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlı yaşadığı ölkənin vətənpərvəri olmalıdır.

Bu, Ukraynada da hiss olunur, çünki Ukraynadakı Azərbaycan diasporu Ukraynanın güclənməsi və inkişafında fəal rol oynayır. Biz bunu həqiqətən yüksək qiymətləndiririk”.

Bunu Oxu.Az-a təbrik şərhində Ukrayna Ali Radasının Xarici Siyasət Komitəsinin sədri Aleksandr Merejko söyləyib.

“Bütün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə Azərbaycan xalqını və Azərbaycan rəhbərliyini təbrik edirəm! Geridə qoymağa hazırlaşdığımız il Azərbaycan üçün uğurlu oldu. Ərazi bütövlüyünün bərpasından sonra uzun illər işğal altında saxlanılan Qarabağın iqtisadi dirçəliş prosesi başlandı.

Əminəm ki, gələn il Azərbaycanın uğurlu inkişafı, Azərbaycan ilə Ukrayna arasında dostluğun və strateji tərəfdaşlığın möhkəmlənməsi ili olacaq. Yeni il harada olmağından asılı olmayaraq, hər bir azərbaycanlı ailəsinə və hər bir azərbaycanlıya yalnız ən parlaq və ən sevincli günlər gətirsin”, - deyə Aleksandr Merejko fikrini tamamlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri