Yan
2022
12:00
73
9
1283
Virtual karabakh

Mixail Neyjmakov: “2022-ci il Nikol Paşinyan üçün yeni çağırışlar dövrü ola bilər”

5 Yan, 2022
12:00
1283

Mixail Neyjmakov: “2022-ci il Nikol Paşinyan üçün yeni çağırışlar dövrü ola bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Siyasi və İqtisadi Kommunikasiya Agentliyinin (APEC) aparıcı analitiki Mixail Neyjmakov “Ermənistanda çevriliş, yaxud hakimiyyət dəyişikliyi mümkündürmü?” sualına öz münasibətini bildirib.

Oxu.Az-a danışan ekspert qeyd edib ki, dünya təcrübəsində xarici siyasətdə yaşanan təlatümlərin şoku bir il və ya daha çox vaxt zaman keçdikdən sonra qisasla olmasa da, ən azından daha sərt xarici siyasət ritorikası ilə əvəz olunur.

“Bu mənada 2022-ci il həqiqətən də Nikol Paşinyan üçün yeni çağırışlar dövrü ola bilər”, - deyə Mixail Neyjmakov vurğulayıb.

“Eyni zamanda, Robert Koçəryanın 2021-ci il dekabrın sonunda keçirdiyi mətbuat konfransında verdiyi açıqlamanı xatırlamaq lazımdır. O qeyd etmişdi ki, hökumətin reytinqinin aşağı düşməsi hələ ki, kütlənin fəal mübarizəyə qoşulmasına transformasiya olunmayıb. Bu məqamı nəzərə almaq lazımdır, çünki müxalifət liderləri adətən etiraz aksiyaları ilə bağlı kifayət qədər yüksək gözləntidə olurlar. Son aylarda Ermənistanda keçirilən sorğuların nəticələrini də müxtəlif cür şərh etmək olar. “Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistandakı rəsmi nümayəndəliyi tərəfindən aparılan sorğunun nəticələrinə inansaq ümumilikdə respondentlərin 50,3 faizi Paşinyana tamamilə, yaxud da ən yaxşı halda etibar etmir. Eyni zamanda, sorğuda iştirak edənlərin ümumilikdə 39,6 faizi hazırkı baş nazirə tam və ya qismən etibar edib ki, bu da hazırkı şəraitdə hökumət başçısı üçün yaxşı göstəricidir. “Vətəndaş Müqaviləsi” partiyası isə vətəndaşların dəstəyi baxımından müxalif Ermənistan blokunu əhəmiyyətli dərəcədə qabaqlayıb (25 faiz 14,4 -ə qarşı).

Təbii ki, Ermənistanda aparılan sorğuların nəticələri, bir qayda olaraq, bir çox ekspertlər tərəfindən ehtiyatlı və ya açıq şəkildə şübhəli qiymətləndirilir. Buna baxmayaraq, bu araşdırma Robert Koçəryanın qiymətləndirməsi ilə də tam uyğundur – etiraz əhval-ruhiyyəsi var, lakin o, hakimiyyət üçün təhlükəli küçə etirazlarına və ya ən azı, müxalifətə əsaslı şəkildə dəstəyin artmasına gətirib çıxarmır”, - deyə Mixail Neyjmakov fikrini tamamlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri