Yan
2022
22:33
203
37
3683
Virtual karabakh

Fuad Hüseynəliyev: “Simonyanın jurnalist hesab olunması belə sual doğurur” - VİDEO

8 Yan, 2022
22:33
3683

Fuad Hüseynəliyev: “Simonyanın jurnalist hesab olunması belə sual doğurur” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

CBC telekanalınınğ efirində erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Qazaxıstanda cərəyan edən hadisələrlə bağlı təxribat xarakterli fikirlərindən bəhs olunub.

Telekanalın efirində ortaya Marqarita Simonyanın jurnalist, yoxsa siyasətçi olması kimi maraqlı sual qoyulub.

Qonaq qismində iştirak edən “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ümumiyyətlə Marqarita Simonyanın jurnalist hesab olunmasının belə sual doğurduğunu bildirib.

Onun sözlərinə görə, Simonyan təbliğatçıdır. Özü də əksər hallarda heç də Rusiyanın deyil, müəyyən dairələrin, hətta mümkündür ki, Ermənistanın ruporudur.

“Bəzən bu dairələrin özləri belə qeyri-müəyyənlik təşkil edir”, - deyə F.Hüseynəliyev bildirib.

Fuad Hüseynəliyev çıxışında həmçinin Simonyanın paylaşımlarının təxribat xarakteri daşıdığını da vurğulayıb.

Proqramda eyni zamanda rusiyalı jurnalist Səadət Kadırova və akademik Asəf Hacıyev də məsələ ətrafında fikirlərini səsləndiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri